Millimizin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Kayzerslautern”in 23 yaşadək komandası Almaniya Regionalliqasında XXX turun oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, gənc “qırmızı iblislər” doğma azarkeşləri önündə turnir cədvəlinin lideri “Zonnenhof Qrossaşpax”la qarşılaşıb.
260 azarkeşin izlədiyi görüşdə “Kayzerslautern” ardıcıl 2-ci böyükhesablı qələbəsini rəsmiləşdirib. Belə ki, Dadaşovun komandası lideri darmadağın edib – 5:1. Ötən tur 25 dəqiqə meydanda olan Rüfət bu dəfə 11 dəqiqə ilə kifayətlənib. Belə ki, o, 79-cu dəqiqədə yenə Mario Mülleri əvəzləyib.
Meydanda az olmasına baxmayaraq, futbolçumuz ötən tur olduğu kimi bu dəfə də qolçuluq bacarığını nümayiş etdirə bilib. O, meydana daxil olduqdan 4 dəqiqə sonra (83) görüşdə yekun qolu vurub.
Qeyd edək ki, bu nəticədən sonra “Kayzerslautern”in II komandası xalını 54-ə yüksəldib. Rüfət Dadaşovun komandası yenə IV pillədə qalsa da, 3-cü liqaya çıxmaq üçün pley-off oynamaq şansını saxlayır. Bu komandanı II sırada olan “Maynts” U-23-dən 4 xal ayırır. Növbəti tur “Kayzerslautern” məhz bu komandanın qonağı olacaq.
[b]Rüfət Dadaşov Almaniya çempionatının liderinə qol vurdu[/b]
28.04.2014 - 17:26
0
0