[b]Rüfət Dadaşov yenə qol vurdu[/b]
26.02.2018 - 10:33
[b]Rüfət Dadaşov yenə qol vurdu[/b]

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov Almaniyada növbəti matçına çıxıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, onun formasını geyindiyi “Dinamo” yoxlama görüşündə “Oberlusitz”lə qarşılaşıb.

 

Çempionat oyununu buraxan IV Bundesliqa təmsilçiləri Berlində üz-üzə gəliblər. Cəmi 50 azarkeşin izlədiyi matç “Dinamo”nun 2:0 hesablı qələbəsi ilə nəticələnib. Berlin klubunun heyətində qollara Filipp Şults və komandanın bombardiri Rüfət Dadaşov imza atıblar.

 

Qeyd edək ki, “Dinamo” fevralın 28-də IV Bundesliqanın XIX turundan təxirə salınmış matçda “Nordhauzen”lə səfərdə qarşılaşacaq.