[b]Rusiya nümayəndəsi İcraiyyə Komitəsinə üzv seçilmədi[/b]
25.03.2015 - 00:01
[b]Rusiya nümayəndəsi İcraiyyə Komitəsinə üzv seçilmədi[/b]

UEFA İcraiyyə Komitəsinə üç yeni üzv seçilib. Apasport.az saytının məlumatına görə, bunlardan biri Xorvatiya Futbol Federasiyasının prezidenti Davor Şukerdi.

 

DÇ-1998-in bombardiri, əfsanəvi xorvat futbolçudan başqa, ilk dəfə İcraiyyə Komitəsinə portuqaliyalı Fernando Qomeş və macarıstanlı Şandor Çani də üzv seçilib.

 

İcraiyyə Komitəsinin dörd üzvü - Anxel Mariya Vilyar Lona (İspaniya), Qriqori Surkis (Ukrayna), Piter Jiyeron (İsveçrə) və Borislav Mixaylov (Bolqarıstan) daha 4 il də bu vəzifədə çalışacaq.

 

Xatırladaq ki, Rusiya Futbol İttifaqının keçmiş prezidenti Sergey Fursenko İcraiyyə Komitəsini tərk edib. 2011-ci ildən UEFA-da bu vəzifəni tutan Fursenko növbəti müddətə seçilməyib.

 

Beləliklə, Rusiya nümayəndəsi ilk dəfə UEFA-da yer almayacaq.