Zədəli olduğuna görə Azərbaycan yığmasının heyətindən kənarlaşdırılan Ruslan Abışov ölkə çempionatının XIII turunda “Qəbələ”yə kömək edə bilər. Apasport.az saytının məlumatına görə, 28 yaşlı müdafiəçinin noyabrın 21-də “Sumqayıt”la keçiriləcək səfər qarşılaşmasında iştirak etmək ehtimalı var.
Sol dizinin arxa hissəsindən zədə alan Abışov hazırda müalicə olunur. Həkimlər Ruslanı 10 gün ərzində tam hazır vəziyyətə gətirməyə çalışırlar. Bunu bacaracaqları halda, təcrübəli futbolçu “Sumqayıt”la matçda meydana çıxacaq. Ən pis halda isə Abışov XIV turda “Rəvan”la keçiriləcək görüşə hazır olacaq.
Qeyd edək ki, Ruslan yığmamızın Moldova ilə yoldaşlıq oyununa çağırılsa da, millinin həkimləri tərəfindən zədəsi təsbiq olunduğundan, heyətdən kənarlaşdırılmışdı.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI