[b]Ruslan Abışov seçim qarşısında: paytaxt klublarından təklif var[/b]
30.05.2016 - 14:47
[b]Ruslan Abışov seçim qarşısında: paytaxt klublarından təklif var[/b]

Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun karyerasını hansı klubda davam etdirəcəyi hələ də məlum deyil. Apasport.az saytının məlumatına görə, “Qəbələ” ilə yollarını ayıran və azad agent statusuna malik olan futbolçu seçim qarşısındadı.

 

Şəxsi həyatı ilə bağlı Bakıda yaşamaq qərarında israrlı olan 29 yaşlı oyunçu ilk təkliflərini də alıb. Belə ki, paytaxt klubları “Neftçi” və “İnter” milli üzvünə maraq göstərirlər.

 

Gələn mövsüm Avropa Liqasında mübarizə aparacaq “Neftçi” Abışovla müdafiənin mərkəzindəki problemi yoluna qoymaq əzmindədi. Transfer dönəminin ən fəal komandası olan “İnter” də 5-li müdafiənin solunda onu oynatmaq niyyətindədi.

 

Yığmamızın üzvü böyük ehtimalla bu iki klubdan birinə keçəcək. Hazırda tərəflər arasında danışıqlar davam etdirilir. Millinin toplanışından qayıtdıqdan sonra Abışovun yeni komandasının adı rəsmən bəlli olacaq.

 

Qeyd edək ki, Ruslan Abışov geridə qalan ötən mövsüm “Qəbələ”nin heyətində 17 çempionat matçına çıxıb.

0