Yayda keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək Rusiya millisinin yoldaşlıq görüşündə üz-üzə gələcəyi daha 2 komandanın adı müəyyənləşib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, şimal qonşularımız Çexiya və Almaniya ilə qarşılaşmağı planlaşdırır.
Çexlərlə görüş mundialdan sonra, sentyabrın 10-da baş tutacaq. Rusların Bundestimlə sınağı isə noyabrın 15-nə nəzərdə tutulub. Oyunların harda keçiriləcəyi hələlik bəlli deyil.
Dünya çempionatının startına qədər isə ruslar Braziliya (23 mart), Fransa (27 mart), Avstriya (30 may) və Türkiyə (5 iyun) ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.