[b]Sabah 1 qol vursa...[/b]
04.12.2017 - 16:32
[b]Sabah 1 qol vursa...[/b]

Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin VI turu çərçivəsində sabah keçiriləcək “Bavariya” – PSJ matçı qonaqların futbolçusu Neymar üçün əlamətdar ola bilər. Apasport.az saytı xəbər verir ki, braziliyalı hücumçu rekorda imza atmağa yaxındı.

 

Bunun üçün “sambaçı” Münhendə qol vurmalıdı. Məsələ burasındadı ki, Neymar ÇL-in cari mövsümündə qrupda keçirdikləri əvvəlki 5 oyunun hər birində fərqlənib. Hazırda onun aktivində 6 qol var.

 

Neymar “Bavariya” ilə səfər matçında da qol vursa, qrup mərhələsində 6 oyunun hamısında fərqlənən ilk futbolçu kimi Çempionlar Liqasının tarixinə düşəcək.

 

Qeyd edək ki, 5 turdan sonra 15 xal toplayan PSJ birinci, 12 xalı olan “Bavariya” isə ikinci pillədə qərarlaşıb.