[b]Sabiq “Liverpul”lunun heykəli ucaldıldı[/b]
04.04.2018 - 17:56
[b]Sabiq “Liverpul”lunun heykəli ucaldıldı[/b]

Ötənlərin məşhur futbolçusu Yon Arne Riisenin adi əbədiləşdirilib. Apasport.az saytı xarici mətbuata istinadən xəbərinə görə, “Liverpul”un sabiq müdafiəçisinə vətəni Norveçdə heykəl qoyulub.

 

Abidə Riisenin ilk klubu “Olesun”un stadionun önündə ucaldılıb. 1996-ci ildə sözügedən komandada peşəkar karyerasına başlayan Yon bir daha 20 il sonra Norveç təmsilçisinin heyətində çıxış edib. Ən yaxşı dönəmlərini “Liverpul”da keçirən keçmiş futbolçu Çempionlar Liqasının qalibi olub.

 

Qeyd edək ki, karyerasını Hindistanın “Çennayin” klubunda bitirən Yon Arne Riise hazırda futbol agenti işləyir.