[b]Sabiq “Qalatasaray”lı beyin qanaması keçirdi[/b]
03.10.2016 - 16:08
Tanınmış futbolçu Riqober Sonq ölüm təhlükəsi ilə üzləşib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kamerun millisinin keçmiş müdafiəçisi beyin qanaması keçirib.
Evində bu hadisə ilə üzləşən 40 yaşlı sabiq oyunçu iflic olduğu üçün dərhal xəstəxanaya aparılıb. Hazırda reanimasiyada həkim nəzarətində olan Sonqun vəziyyətinin ağır olduğu bildirilib.
Qeyd edək ki, Kamerun millisinin heyətində 137 oyun keçirmiş Riqober Sonq karyerası ərzində “Liverpul”, “Vest Hem”, “Qalatasaray” və “Trabzonspor” kimi klubların da formasını geyinib.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0