[b]Sabiq qapıçı “Panatinaikos” - “Qəbələ” oyununda[/b]
22.08.2015 - 10:14
[b]Sabiq qapıçı “Panatinaikos” - “Qəbələ” oyununda[/b]

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Panatinaikos” – “Qəbələ” qarşılaşmasının hakimi İvan Krujilak Azərbaycan komandaları üçün uğursuz referidi. Apasport.az saytının məlumatına görə, 31 yaşlı ədalət təmsilçisi indiyədək iki dəfə təmsilçilərimizlə görüşüb.

 

Bu matçların hər ikisində komandamız böyük hesabla uduzub. Həmin qarşılaşmalar milli komandalar səviyyəsində olduğundan Krujilak ilk dəfə klubumuzun oyununu idarə edəcək.

 

2011-ci il sentyabrın 6-da Azərbaycan və Belçikanın U-21 komandalarının görüşündə də slovakiyalı ədaləti qoruyub. Rəqibimizə 1, səfərdə oynayan komandamıza 2 sarı vərəqə verən hakim meydan sahiblərinin 4:1 hesablı qələbəsini qeydə alıb.

 

2012-ci il oktyabrın 31-də Azərbaycan və Xorvatiyanın U-19 yığmaları görüşüb. Hər komandaya 4 sarı vərəqə göstərən slovakiyalı millimizi penalti ilə də cəzalandırıb. Balkanlılar 3 il əvvəlki matçda yığmamızın qapısına 7 qol vurub – 7:1.

 

31 yaşlı Krujilak bir çox hakimlər kimi futbolçu karyerasının ardından referiliyə başlayıb. Avstriyanın “Berq” klubunun şərəfini qoruyan slovakiyalı vaxtilə perspektivli qapıçılardan sayılıb. Lakin zədələnən qolkiper karyerasını erkən başa vurub.

 

23 yaşından hakimliyə başlayan İvan 2011-ci ildən FİFA hakimidi. UEFA-nın hakimlər üçün 2-ci kateqoriyasına daxil olan slovakiyalı Avropa çempionatının final oyununu da idarə edib. Bu, U-17-lər arasında 2012-ci ildə baş tutan qitə birinciiyində olub. Krujilak Almaniya ilə Hollandiya arasında həlledici qarşılaşmada fit çalıb.