[b]Sadıq Sadıqovun istefasının səbəbləri məlum oldu[/b]
30.03.2015 - 14:01
“Neftçi”nin prezidenti Sadıq Sadıqovun istefasının səbəbləri məlum olub. Apasport.az saytının əldə etdiyi məlumata görə, böyük ehtimalla bundan sonra klubda prezident vəzifəsi olmayacaq.
Türkiyədəki sistemdən yararlanmaq qərarına gələn paytaxt təmsilçisi İdarə Heyətini yaradacaq. Kluba da məhz İdarə Heyətinə üzv seçilən şəxslər rəhbərlik edəcək.
Hətta Topaz Premyer Liqasında çıxış edən başqa bir neçə klub da bu sistemdən yararlanmaq fikrindədi.
0
0