“İnter”in futbolçusu Baçana Sxadadze rekord vurub. Apasport.az saytının məlumatına görə, gürcüstanlı hücumçu Azərbaycan klublarının heyətində avrokuboklarda ən çox qol vuran legioner adına şərik olub.
Avropa Liqasının I təsnifat mərhələsinin “Tiraspol”la oyununda hesabı açan Sxadadze “İnter”in heyətində 5-ci dəfə əcnəbiləri məyus edib. Bununla, hücumçu “Qarabağ”ın braziliyalı legioneri Reynaldo Silvaya çatıb. Hər iki əcnəbi avrokuboklarda Azərbaycan təmsilçisi üçün 5 dəfə fərqlənib.
Ümumilikdə isə Sxadadze qitə kuboklarındakı bombardirlərimiz siyahısında 2-ci yerə şərikdir. İki əcnəbidən başqa daha 2 oyunçu bu qədər qol vurub. Bunlar Əfran İsmayılov və Rəşad Sadıqovdur. Zirvədə isə Rəşad Sadiqovdur. Onun hesabında 7 qol var.
Avrokuboklarda 10 ən məhsuldar futbolçumuz
|
1 |
Rəşad Sadiqov |
7 |
|
2-5 |
Baçana Sxadadze |
5 |
|
2-5 |
Əfran İsmayılov |
5 |
|
2-5 |
Reynaldo Silva |
5 |
|
2-5 |
Rəşad Sadıqov |
5 |
|
6-10 |
Badri Kvaratsxeliya |
4 |
|
6-10 |
Branimir Subaşiç |
4 |
|
6-10 |
Feliks Felipe Almeyda |
4 |
|
6-10 |
Julius Vobay |
4 |
|
6-10 |
Vüqar Nadirov |
4 |