“Zirə” “transfer pəncərəsi”nin son günü heyətini daha bir futbolçu ilə gücləndirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Salvador yığmasının hücumçusu Nelson Bonilla Premyer Liqanın debütantı ilə anlaşıb.
24 yaşlı hücumçu paytaxt klubu ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Bonilla karyerasına ölkəsinin “Alianza” klubunda başlayıb. Ötən il Rumıniyanın “Vitorul” klubuna transfer olunan Nelson 25 oyunda 7 qola imza atıb. Hücumçu Salvador yığmasında da eyni sayda qolun müəllifidi. O, yığma komanda ilə 2013-cü ildə Kosta Rikada keçirilən Mərkəzi Amerika Oyunlarının bürünc medalını qazanıb.