“Zirə”nin sabiq futbolçusu Nelson Bonilya özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, salvadorlu hücumçu Tailandın “Suxotai” klubuna keçib.
Yeni komandası ilə müqaviləyə imza atan 28 yaşlı futbolçu verdiyi müsahibədə “Zirə”dəki məhsuldarlığını xatırlayıb. Ölkəmizi tərk edəndən sonra uğursuzluq zolağına düşən Nelson Azərbaycanda oynadığı kimi çıxış etmək istəyindədi: “4 ildi vətəndən kənarda legioner həyatı yaşayıram. İlk iki il yarımda yaxşı oyun nümayiş etdirmişəm. Özüm üçün yeni qitə, yeni qitədə səhifə açıram. İstəyirəm ki, ilk iki il yarımda olduğu kimi oynayım. İnanıram ki, mən bunu bacaracam”.
Qeyd edək ki, 2014-15-ci illərdə Rumıniyanın “Vitorul”, 2015/16 mövsümündə “Zirə”də özünü yaxşı tərəfdən göstərən hücumçu paytaxt təmsilçisinin Premyer Liqa tarixindəki ən yaxşı bombardiridi. Ölkəmizdə 14 qol vuran Nelson Bakıdan getdikdən sonra 3 klub dəyişsə də, daha çox ehtiyatda qalıb.