Azərbaycan millisinin (U-17) heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Təbriz Həsənov Moldovanın paytaxtı Kişinyovda keçiriləcək təlim-məşq toplanışı üçün 18 futbolçu çağırıb.
O, komandamızın sentyabrın 23-dən 27-ə qədər hazırlığı çərçivəsində Kamran İbrahimov, Aslan Bədəlzadə, Elçin Əsədov, Pilağa Mehdiyev, Bahadur Həziyev (hamısı Neftçi), Ricat Qarayev (Sumqayıt), Cavidan Qasımlı, Murad Popov (hər ikisi Qəbələ), Hüseyin Seyliğli, Metin Gülər (hər ikisi Beşiktaş, Türkiyə), Kamran Əliyev, Süleyman Əhmədov (hər ikisi İnter), Oruc Bayramov (Vətən Futbol Məktəbi), Samir Əliyev (Qarabağ), Doğukan Öksüz, Murat Cem Akpinar (hər ikisi Trabzonspor, Türkiyə), Yusif Həsənov və İbrahim Qədirzadəni (hər ikisi Xəzər Lənkəran) yoxlayacaq.
Toplanışı ərzində yığmamızın moldovalı həmyaşıdları ilə iki yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub.
Mənbə: affa.az
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"