Cənubi Amerikanın hegemon komandaları Braziliya və Argentina yığmaları yoldaşlıq görüşündə üz-üzə gəliblər. Apasport.az saytının məlumatına görə, dünya nəhəngləri Avstraliyada münasibətlərinə aydınlıq gətiriblər.
Yeni baş məşqçi Xorxe Sampaolinin rəhbərliyi altında ilk oyununa çıxan argentinalılar qələbə qazanmağı bacarıblar. Melburnda keçirilən və 100 minə yaxın azarkeşin izlədiyi qarşılaşmada cəmi 1 qol qeydə alınıb və bu, “tanqoçular”a qalibiyyət gətirib.
Braziliya – Argentina - 0:1
Qol: Merkado, 45
Braziliya: Veverton, Tiaqo Silva, Gil, Filipe Luis, Fanyer (Rafinya, 73), Fernandinyo, Paulinyo (Culiano, 81), Auqusto (Duqlas Kosta, 66), Villian, Koutinyo, Qabriel Jezuş (Tayson, 90+2)
Argentina: Romero, Maydana, Otamendi, Merkado (Mammana, 75), Bilya, Baneqa (Lanzini, 81), Xose Qomes (Talyafiko, 53), Di Mariya, Dibala (Quido Rodriges, 69), Messi, İquain (Xoakin Korrea, 46)