Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Bosniya və Herseqovina yığmasının “sükanı arxası”nda debüt edib. Apasport.az saytının məlumatına görə, bosniyalılar ABŞ-da yerli komanda ilə qarşılaşıblar.
Kaliforniyada baş tutan görüş qolsuz bərabərliklə nəticələnib. Halbuki qonaqlar 53-cü dəqiqədə hesabı açmağa çox yaxın olublar. Lakin Haris Medunyanin penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.
Bu oyunda Bosniya və Herseqovina yığmasının qapısını “Qarabağ”ın qolkiperi İbrahim Şehiç qoruyub. 1 nömrəli formada çıxış edən Şehiç 90 dəqiqə ərzində əvəzlənməyən 5 oyunçudan biri olub.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"