[b]Şehiçin komandası Meksikaya uduzdu[/b]
01.02.2018 - 11:34
[b]Şehiçin komandası Meksikaya uduzdu[/b]

“Qarabağ”ın qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina yığmasının heyətində növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Robert Prosineçkinin yetirmələri ABŞ toplanışı çərçivəsində bu gün səhər saatlarında Meksika ilə üz-üzə gəlib.

 

Şehiç bir neçə gün əvvəl ABŞ-la keçirilən yoldaşlıq görüşündə olduğu kimi, yenə meydana start heyətində daxil olub. Lakin bu dəfə fasilədən sonra Kenan Piriçlə əvəzlənib. Oyun isə Meksikanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qola 65-ci dəqiqədə Uqo Ayala imza atıb.

 

Qeyd edək ki, ABŞ – Bosniya və Herseqovina görüşü 0:0 hesabı ilə nəticələnmişdi. Şehiç həmin qarşılaşmanı əvəzedilmədən keçirmişdi.