[b]Səlahət Ağayev “İnter”dən ayrıldı![/b]
25.12.2015 - 12:51
[b]Səlahət Ağayev “İnter”dən ayrıldı![/b]

“İnter” kapitanı Səlahət Ağayevlə yollarını ayırıb. Bu məlumatı apasport.az saytına yığma komandamızın qapıçısı özü verib.

 

“Bankirlər”lə müqavilə müddəti başa çatan 24 yaşlı qolkiper ayrılmaq qərarına gəlib.

 

O, buna səbəb kimi yeni müqavilə şərtlərində razılığa gələ bilmədiklərini deyib: “İnter” mənim üçün həmişə doğma komanda olub. Buna görə də ilk olaraq məhz bu klubla danışıq apardım. Lakin ortaq məxrəcə gələ bilmədik. Karyeramı harda davam etdirəcəyimə isə hələ qərar verməmişəm. Ölkə xaricindən bir təklif var. Düşünməyə vaxtım çoxdu, tələsmək istəmirəm”.

 

Qeyd edək ki, “İnter”in yetirməsi olan Səlahət Ağayev karyerası ərzində bu klubun heyətində Premyer Liqada 68 oyun keçirib, qapısında 49 qol görüb.