[b]Səlahət Ağayev “Tiraspol”la görüşü buraxacaq[/b]
30.06.2014 - 15:31
[b]Səlahət Ağayev “Tiraspol”la görüşü buraxacaq[/b]

“İnter” Avroliqanın I təsnifat mərhələsində “Tiraspol”a qarşı keçirəcəyi oyunda Səlahət Ağayevin xidmətindən məhrum ola bilər. Apasport.az xəbər verir ki, buna səbəb 23 yaşlı çərçivə qoruyucusunun zədədən yeni qayıtmasıdır.

 

Cəmi 2 gündür komanda ilə birgə məşq edən Ağayevin Moldovada meydana çıxıb-çıxmayacağı sual altındadır. Hələ də ayağında ağrılar hiss edən qolkiperin “Tiraspol”la qarşılaşmaya qədər tam sağalacağı o qədər də inandırıcı görünmür.

 

Ağayev özü də saytımıza açıqlamasında məlumatı təsdiqləyib: “Düzdü, zədədən yeni qayıtmışam. Ayağımda hələ də ağrılar var. Oyuna artıq 3 gün qalıb. Meydana çıxıb-çıxmayacağım dəqiq deyil. Mən olmasam belə, heyətdə Georgi Lomaya və Elşən Poladov kimi qapıçılar var”.