Seneqal millisi Rusiyada keçiriləcək DÇ-2018-in final mərhələsinə hazırlıq məqsədilə oynayacağı yoxlama matçları üçün rəqib axtarır. Apasport.az saytının məlumatına görə, “Şirlər”in bu ölkədə Azərbaycanla qarşılaşacağı iddia olunur.
Afrikalılar hətta yığmamızla oyunun tarixini də açıqlayıblar. Bu ölkənin mətbuatı Azərbaycan – Seneqal matçının martın 23-də baş tutacağını qeyd ediblər.
Hərçənd, həmin gün Qurban Qurbanovun yetirmələri Belarusu qəbul edəcəklər. İstisna olunmur ki, rəqib axtarışında olan AFFA belaruslularla danışıqlardan öncə Afrika təmsilçisi ilə də matçın təşkilini müzakirə ediblər.
Böyük ehtimalla, seneqallılarla anlaşma meydan amilinə görə alınmayıb. Çünki afrikalılar matçın Mərakeşdə baş tutacağını qeyd ediblər. Bu isə komandamızın yeni baş məşqçisinin planlarına daxil olmadığından, DÇ-2018-in iştirakçısı ilə duel baş tutmayıb.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA