“Hər mövsüm çətin keçir. Rəqiblərdən öncə özümüzlə yarışırıq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Beşiktaş” klubunun baş məşqçisi Şenol Günəş deyib.
Ölkəsinin mətbuatına müsahibə verən təcrübəli çalışdırıcı maraqlı məqamlara toxunub.
O, əvvəlcə çalışdırdığı komanda haqda danışıb: “Xatırlayırsızsa, “Beşiktaş” bir ara çempionatda heç 2-ci yeri tuta bilmədi, 3-cü oldu. Klub iqtisadi baxımdan çətinliklərlə üzləşmişdi. Komanda o vəziyyətdən çempionluğa qədər gəldi. İndi çempionluğun bizə verdiyi bir güvən var. Amma keçmiş uğurlar gələcək nailiyyətlərin zəmanəti deyil. Bu səbəbdən rəqiblərdən öncə özümüzü üstələməliyik”.
Günəş hakimlik haqda da fikirlərini bildirib. O, referilərə dəstək olub: “Oyunda biri qalib gəlir, uduzan isə günahı hakimdə tapır. Bəhanələr sizə uğur qazandırmaz. Biz səhv etdiyimiz kimi, hakimlər də meydanda mütləq səhvə yol verirlər. Bizim vaxtımızda məşqçi olmaq üçün ümumilikdə 6 oyunda hakimlik etmək lazım gəlirdi. 3-də baş hakim, 3-də isə hakim köməkçisi olurduq. Həmin tələbləri yerinə yetirmişəm”.
65 yaşlı çalışdırıcı arzularından da bəhs edib: “Barselona”nı sevirəm, bu komandanın futbol tərzini də bəyənirəm. Avropaya gedə bilsəm, orda çalışmaq istəyərəm. Çempionlar Liqasında uğur qazanmaq və yığma ilə dünya çempionu olmaq da arzularımın sırasındadı. Amma mən qarşıma həmişə öhdəsindən gələ biləcəyim məqsədlər qoymuşam. Həmin hədəflərə də bu günə qədər çatdığımı düşünürəm”.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”