[b]Naci Şensoy “Xəzər"in istədiyi futbolçunu təriflədi[/b]
24.06.2014 - 15:15
[b]Naci Şensoy “Xəzər"in istədiyi futbolçunu təriflədi[/b]

“Qalin İvanov çox istedadlı futbolçudu. Hələ gənc yaşında ikən böyük gələcək vəd edirdi”. Bu sözləri apasport.az saytına açıqlamasında  “Turan”ın sabiq baş məşqçisi Naci Şensoy deyib.

 

Uzun müddət Bolqarıstanda çalışan Şensoy “Xəzər Lənkəran”ın transfer etmək istədiyi futbolçunun ustalıq səviyyəsindən danışıb. O bildirib ki, 26 yaşlı futbolçu “ağ-yaşıllar”a xeyir verə bilər: “Mən Bolqarıstanda çalışdığım vaxtlarda İvanovun 22 yaşı var idi. Ölkədə ən perspektivli futbolçulardan biri sayılırdı. Ona çox ümid bəsləyirdilər. Həm texnikası, həm də sürəti ilə meydanda çox şey edirdi. Yarımmüdafiənin mərkəzində və sağı cinahında oynaya bilir. İndiki durumunu dəqiq bilməsəm də, inanıram ki, “Xəzər Lənkəran” üçün xeyirli olacaq. Gənc yaşlarında elə bir istedada malik futbolçu yəqin təcrübəli olduqdan sonra daha yaxşı oynayar”.