[b]Sergey Zenyov Estoniya yığmasında[/b]
28.09.2015 - 17:55
[b]Sergey Zenyov Estoniya yığmasında[/b]

“Qəbələ”nin futbolçusu Sergey Zenyov növbəti dəfə Estoniya millisinə çağırılıb. Apasport.az saytının məlumatına görə, 26 yaşlı hücumçunun adı Avro-2016-nın seçmə mərhələsi çərçivəsində İngiltərə və İsveçrə ilə keçiriləcək görüşlər üçün açıqlanan siyahıda yer alıb.

 

Belə ki, baş məşqçi Maqnus Pehrsson millidə 46 oyun keçirib, 9 qol vuran Zenyova da dəvət göndərib.

 

Qeyd edək ki, Estoniya yığması İngiltərə ilə oktyabrın 9-da, İsveçrə ilə isə 3 gün sonra qarşılaşacaq.