[b]Şevçenko daha 2 il millidə[/b]
06.11.2017 - 20:11
Ukrayna yığmasının baş məşqçisi Andrey Şevçenko ilə yeni müqavilə imzalanacaq. Apasport.az saytı xəbər verir ki, keçmiş hücumçu sözləşməsinin müddətini daha 2 illik uzadacaq.
Bu isə o deməkdi ki, 41 yaşlı mütəxəssis AÇ-2020-nin seçmə mərhələsinin sonuna qədər hazırkı postunda qalacaq.
Ukrayna Futbol Federasiyasının mətbuat xidmətindən yayılan məlumatda bildirilir ki, bu barədə qərar İcraiyyə Komitəsinin iclasında qəbul olunub.
Qeyd edək ki, 2016-cı ildə millinin "sükanı arxası"na keçən Andrey Şevçenko həmin vaxt da 2 illik müqaviləyə qol çəkmişdi.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0