Ramil Şeydayev 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində Almaniyaya qarşı oynaya bilməyəcək. Apasport.az saytının məlumatına görə, 20 yaşlı hücumçu Avropa çempionatının seçmə mərhələsində noyabrın 9-da keçiriləcək görüşünü buraxmaq məcburiyyətində qalıb.
Buna səbəb onun zədələnməsidi. Premyer Liqanın XI turunda keçirilmiş “Kəpəz” – “Qarabağ” oyununda xəsarət alan Şeydayev Almaniya yığması ilə oyunda meydana çıxa bilməyəcək.
Bu gün MRT müayinəsindən sonra müəyyənləşib. Futbolçunun Kosovo yığması ilə oyunda çıxış edib-etməyəcəyi qarşıdakı günlərdə bəlli olacaq.
Mənbə: affa.az
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”