"Şalke"nin yarımmüdafiəçisi Maks Mayer karyerasını İspaniyada davam etdirə bilər. Apasport.az saytı AS nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu ilə "Atletiko" yaxından maraqlanır.
Yannik Karrasko, Nikolas Qaytan və Auqusto Fernandeslə yolları ayıran Madrid klubu bu mövqeyə Mayeri gətirmək niyyətindədi. Baş məşqçi Dieqo Simeone rəhbərliklə söhbətində komandanı bir qədər də gəncləşdirmək istədiyini bildirib. O, Mayerin "Atletiko"ya əlavə güc qata biləcəyini deyib.
İstedadlı oyunçunun klubu ilə müqaviləsinin müddəti yayda başa çatır. Bu isə o deməkdi ki, "Atletiko" Almaniya yığmasının üzvünün keçidinə pul xərcləməyəcək.
Qeyd edək ki, "Şalke"nin yetirməsi olan Maks Mayer Bundesliqanın cari mövsümündə 22 oyun keçirib.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq