[b]Skarlatakenin dönüşü niyə yubanır?[/b]
25.02.2015 - 17:40
[b]Skarlatakenin dönüşü niyə yubanır?[/b]

Premyer Liqada “Bakı” ilə oyunun hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran” bu gündən məşqlərini ehtiyat meydançada keçib. Klubdan apasport.az saytına verilən məlumata görə, bazadakı meydançalar artıq qardan təmizləndiyindən, “ağ-yaşıllar” qapalı meydançadan çıxıblar.

 

Zədəli futbolçulardan Rasim Ramaldanovla Tural Cəlilov da məşqlərə qoşulublar. Onlar böyük ehtimalla qarşıdakı turda baş məşqçi Elbrus Məmmədovun ixtiyarında olacaqlar. Lakin uzun müddətdi zədədən əziyyət çəkən Orxan Sadıqlı ilə yanaşı, müdafiəçi Manuel Skarlatake yenə dönüşünü qeyd edə bilməyəcək. Rumıniyalı futbolçu komandanın düşərgəsində olsa da, hələ də fərdi məşqlər edir. “Bakı” ilə görüşü buraxacaq Skarlatakenin hətta martın 4-də “İnter”lə keçiriləcək Azərbaycan Kubokunun 1/4 final oyununda da iştirakı sual altındadı.

 

Qeyd edək ki, Topaz Premyer Liqası çərçivəsində “Xəzər Lənkəran” – “Bakı” oyunu fevralın 28-də keçiriləcək.