“Bavariya”nın qış fasiləsində heyətinə cəlb edəcəyi ilk futbolçunun adına aydınlıq gəlib. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, Münhen təmsilçisi “Hoffenhaym”ın hücumçusu Sandro Vaqnerlə anlaşıb.
Maraqlıdı ki, Vaqnerin transferi “Bavariya”nın hazırkı hücumçusu Robert Levandovskinin istəyindən sonra baş tutub. Belə ki, polşalı forvard mövsümboyu hücumdakı yükü təkbaşına daşıya bilməyəcəyini rəhbərliyə bildirib və qışda yeni hücumçu alınmasını tələb edib.
Baş məşqçi Yupp Hankesin də müsbət rəyindən sonra Vaqnerlə danışığa başlayan “Bavariya” 30 yaşlı futbolçunun həm özü, həm də klubu ilə anlaşıb. Transferi “Hoffenhaym”ın baş məşqçisi Yulian Naqelsmann da təsdiqləyib: “Gizlədiləsi bir şey yoxdu. Vaqner yanvardan “Bavariya”nın formasını geyinəcək”.
Qeyd edək ki, bu ildən Almaniya yığmasına dəvət alan Sandro Vaqner “Bavariya”nın yetirməsidi. Bundestimin heyətində 7 matçda 5 dəfə fərqlənən forvard sonuncu qolunu DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Azərbaycan millisi ilə görüşdə (5:1) vurub.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI