[b]Statistika “Qarabağ” deyir[/b]
09.02.2018 - 20:39
[b]Statistika “Qarabağ” deyir[/b]

Bu həftə Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatacaq. Apasport.az saytının məlumatına görə, III dövrəyə XV turun qarşılaşmaları ilə start veriləcək.

 

Turun mərkəzi oyununda çempionatın liderləri “Qarabağ”la “Qəbələ” görüşəcək.

 

Sözügedən oyun tərəflər arasında Premyer Liqa çərçivəsində 39-cu qarşılaşma olacaq. Geridə qalan oyunlarda ağdamlıların üstünlüyü nəzərə çarpır. “Qarabağ” 17 matçda qələbə qazanıbsa, “Qəbələ”nin 10 belə uğuru var. Daha 11 görüşdə isə xallar yarı bölünüb.

 

48 qola sevinən Qurban Qurbanovun komandası 36 dəfə də topu öz qapısında görüb.

 

Oyundan əvvəl maraqlı məqamlardan biri də odur ki, son 7 qarşılaşmada ev sahibi olan komanda uduzmayıb. “Qarabağ” isə evdə keçirdiyi axırıncı 5 matçda məğlubiyyət üzü görməyib.

 

Qeyd edək ki, 14 oyundan sonra aktivində 37 xal olan “Qarabağ” turnir cədvəlinin ilk, 31 xallı “Qəbələ” isə ikinci pilləsində qərarlaşıb.