“Barselona”nın aparıcı futbolçuları Luis Suares və Xerard Pike La Liqanın XXVI turunda “Las Palmas”la keçiriləcək oyunu buraxacaq. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, uruqvaylı forvard cəzalanmamaq, ispaniyalı müdafiəçi isə zədəli olduğu üçün martın 1-də meydana çıxmayacaq.
Suares daha bir sarı vərəqə alarsa, cəzalı duruma düşəcək. “Atletiko” ilə qarşıdakı matçı nəzərə alan baş məşqçi Ernesto Valverde onu riskə atmayacaq. Pike isə dizində ağrılar hiss etdiyi üçün qarşılaşmanın iştirak ərizəsinə salınmayacaq. Onun hətta “Atletiko” ilə görüşü buraxmaq ehtimalı da var.
Qeyd edək ki, “Barselona” “Atletiko” ilə martın 4-də üz-üzə gələcək.