“Qəbələ”də heç bir qruplaşmadan söhbət gedə bilməz”. Bunu apasport.az saytına “Qəbələ”nin hücumçusu Daniyel Subotiç deyib.
“Qəbələ”nin uğursuzluqlarını komandanın daxilində baş verən qruplaşmalarla izah edənlər var. Belə ki, oyunlardan birində Nuran Qurbanovun üzərinə Lorentso Ebesilio ilə Daniyel Subotiçin qışqırması, Elnur Allahverdiyevin “Qarabağ”la matçdan sonra yenilgilərdə legionerləri suçlaması belə demək üçün əsas yaradıb.
Xorvatiya doğumlu, serb futbolçu “Apasport”a verdiyi müsahibəsində bu məsələyə münasibətini bildirib: “Legionerlər eyni dildə danışa bildikləri üçün bir gəzə, bir yerdə daha çox ola bilər. Yerli futbolçular da bir-birilərini daha yaxşı başa düşdükləri üçün çox vaxtlarını bir yerdə keçirə bilər. Bu, normal haldır. Ancaq bu o anlama gəlməməlidir ki, komandada legionerlərlə yerli futbolçular arasında qruplaşma var. Şəxsən mən “Qəbələ”də belə bir şeyin olduğuna inanmıram”.
Subotiç Nuran Qurbanovla olan məsələyə isə bu cavabı verib: “O ki qaldı Nuran Qurbanovla olan məsələyə, mən onun xətrini çox istəyirəm. O çox yaxşı oğlan, çox istedadlı gənc futbolçudur. Yaşca böyük olduğumuz üçün ona oyun ərzində niyə belə etdiyini deyə bilərik. Burda mənfi halları axtarmaq lazım deyil. Ümumiyyətlə, mətbuat bizə təkan verməlidir ki, biz müsbətə doğru dəyişək. Ancaq neqativ hallar üzə çıxarılır”.
[b]Subotiç qruplaşma ilə bağlı məsələyə münasibət bildirdi: İnanmıram[/b]
07.04.2014 - 17:05
0
0