[b]Şuker Xorvatiya yığmasının məşqini izlədi, razı qaldı[/b]
01.09.2015 - 09:26
[b]Şuker Xorvatiya yığmasının məşqini izlədi, razı qaldı[/b]

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də Bakıda millimizin qonağı olacaq Xorvatiya yığması hazırlığını davam etdirir. Apasport.az saytı xəbər verir ki, Niko Kovaçın yetirmələri məşqləri Zaqrebdə, “Maksimir” stadionunda keçirlər.

 

Xorvatiya millisinin dünən axşamkı məşqini ölkənin futbol federasiyasının prezidenti Davor Şuker və birinci vitse-prezidenti Zdravko Mamiç tribunadan izləyib.

 

Komandanın şən əhval-ruhiyyədə hazırlıq keçməsi Şuker və köməkçisini də sevindirib. Sabiq hücumçu məşqin gedişindən və Xorvatiya yığmasının hazırkı vəziyyətindən razı qaldığını bildirib.

 

Qeyd edək ki, sentyabrın 3-də “Bakcell Arena”da millimizlə qarşılaşacaq Xorvatiya millisi 3 gün sonra Norveçin qonağı olacaq.