[b]Super Liqa klubunda gözlənilən təyinat[/b]
27.02.2018 - 21:34
“Alanyaspor”un yeni baş məşqçisi bəlli olub. Apasport.az xəbər verir ki, Super Liqa təmsilçisi bu barədə öz saytı vasitəsilə xəbər yayıb.
Vakant posta öncədən gözlənildiyi kimi, Mesut Bakkal gətirilib.
Ötən gün Hikmət Karamanla yollarını ayıran Alanya təmsilçisi yeni baş məşqçisi ilə mövsümün sonunadək müqavilə bağlayıb.
Qeyd edək ki, “Alanyaspor” Super Liqanın geridə qalan 23 turunda 21 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb.
0
0