[b]Superkuboku “Barselona” qazandı[/b]
08.03.2018 - 00:48
[b]Superkuboku “Barselona” qazandı[/b]

Kataloniya Superkubokunun qalibi bəlli olub. Apasport.az saytının məlumatına görə, həlledici oyunda “Barselona” ilə “Espanyol” qarşılaşıb.

 

Əsas vaxtı qolsuz bərabərliklə başa çatan oyunun taleyini penalti zərbələri həll edib. “Lotoreya”da daha diqqətli olan “Barselona” 4:2 hesablı qələbəyə sevinib.

 

Qeyd edək ki, “Barselona” sözügedən oyunda əsas ulduzları Messi, Suarez, İnyesta, Pike, Koutinyo və Ter Ştegenin xidmətindən yararlanmayıb.