[b]Superliqa klubuna transfer qadağası[/b]
08.03.2018 - 19:38
[b]Superliqa klubuna transfer qadağası[/b]

FİFA "Trabzonspor"a transfer qadağası qoyub. Apasport.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, buna səbəb "bordo-mavililər"in Matuş Beronun transfer pulunu vaxtında ödəməməsidi.

 

Məsələ burasındadı ki, 2016-17 mövsümü öncəsi Slovakiyanın "Trenkin" klubundan alınan oyunçunun keçidi zamanı Qara dəniz təmsilçisi 250 min avro əskik ödəniş edib. Slovakiya klubunun şikayətindən sonra məsələni araşdıran FİFA "Trabzonspor"a transfer qadağası tətbiq edib. Bu isə o deməkdi ki, Superliqa klubu yayda heç kimi heyətinə qata bilməyəcək.

 

"Trabzonspor" qərarın ləğvi üçün Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edəcək.