[b]Tahir Gözəl: Həyəcanımız daha da artdı[/b]
04.06.2015 - 00:33
[b]Tahir Gözəl: Həyəcanımız daha da artdı[/b]

“Düşünürəm ki, çox gözəl qarşılaşma oldu, baş məşqçimiz Qurban Qurbanov başda olmaqla bütün komandanı təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Kubokunun final oyunundan sonra “Qarabağ”ın vitse-prezindenti Tahir Gözəl deyib.

 

Oyundan əvvəl də çox həyəcanlı olduqlarını qeyd edən Gözəl, oyun zamanı da bəzi hallarda narahatçılıq keçirdiklərini bildirib:

 

“Oyundan qabaq da hər birimiz çox həyəcanlı idik. Hesab 2:1 olarkən həyəcanımız və narahatlığımız daha da artdı. Ancaq hər şey gözəl sonluqla bitdi”.

 

Tahir Gözəl 22 il sonra qazanılmış bu uğura yenidən azəraycanlı baş məşqçi ilə nail olduqları üçün sevincli olduqlarını da vurğulayıb:

 

“1993-cü ildə bu uğuru Ağasəlim Mircavadovla qazanmışdıq. 22 il sonra yenidən azərbaycanlı bir mütəxəssislə əldə olunmuş bu nailiyyətin qürurunu yaşayırıq. Artıq komanda olaraq Çempionlar Liqasına hazırlaşacağıq. Qurban Qurbanovun verdiyi qərardan sonra komandadan kimin gedib, kimin qalacağına aydınlıq gələcək”.