[b]Tahir Süleymanovun istefası qəbul olundu[/b]
22.07.2014 - 20:41
[b]Tahir Süleymanovun istefası qəbul olundu[/b]

“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanovun istefası qəbul olunub. Apasport.az saytının məlumatına görə, bu barədə klubun rəsmi saytında bildirilib.

 

“Neftçi” PFK-nın vitse-prezidenti Tahir Süleymanov 2014-cü ilin aprel ayında klub prezidenti Sadıq Sadıqova istefa ərizəsi ilə müraciət edib. Lakin onun istefa məsələsinə daha sonra baxılmasına qərar verilmişdi. Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Neftçi” – “Koper” matçından sonra vitse-prezident Tahir Süleymanov istefa ərizəsinə yenidən baxılması üçün klub prezidenti Sadıq Sadıqova müraciət edib. Onun istefa ərizəsinə yenidən baxılıb və istefası klub prezidenti tərəfindən qəbul olunub.