[b]El Yunussi haqqında qərar verildi[/b]
28.01.2018 - 13:46
“Qarabağ”ı tərk edəcəyi gözlənilən Tarik El Yunusinin gedişi rəsmiləşmək üzrədir. Apasport.az saytının İsveç mətbuatına istinadən məlumatına görə, norveçli futbolçu AİK-lə müqavilə imzalayacaq.
Müqavilə Yunanıstanın “Olimpiakos” klubuna məxsus olan, son yarım mövsümü icarə əsasında “Qarabağ”da keçirmiş yarımmüdafiəçi artıq yunanlarla müqaviləsinə son qoyub. “Boeman qanunu”ndan yararlanan oyunçu artıq azad agentdir.
O, yaxın günlərdə AİK-in düşərgəsinə qoşularaq tibbi baxışdan keçəcək.
Qeyd edək ki, 29 yaşlı oyunçunun İsveç klubu ilə 2 illik müqavilə imzalayacağı gözlənilir.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0