[b]Tarixində ilk kubok[/b]
09.05.2018 - 22:51
[b]Tarixində ilk kubok[/b]

Rusiya Kubokunun qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, həlledici görüşdə “Tosno” ilə “Avanqard” üz-üzə gəlib.

 

“Volqoqrad Arena”da baş tutan qarşılaşma “Tosno”nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Dmitri Parfyonovun çalışdırdığı komanda tarixində ilk dəfə ölkə kubokunun qalibi olub.

 

Qeyd edək ki, Rusiya Premyer Liqasında sona bir tur qalmış aktivində 24 xalı olan “Tosno” elitanı tərk etmək təhlükəsi ilə üzləşib.