[b]Təpik Evraya baha başa gəldi[/b]
10.11.2017 - 21:17
Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Vitoriya Gimaraynş”la oyunda azarkeşi vuran Patris Evranın hərəkəti başına iş açıb. Apasport.az saytının məlumatına görə, klubu “Marsel” və UEFA oyunçuya ağır cəza verib.
Belə ki, qitənin ali futbol qurumu Fransa millisinin keçmiş üzvünü 7 ay futboldan uzaqlaşdırıb. O, iyun ayının sonuna kimi meydana çıxa bilməyəcək.
“Marsel” isə futbolçu ilə olan müqaviləni qarşılıqlı şəkildə ləğv edib.
Evra əlavə olaraq 10 min avro miqdarında cərimə də ödəyəcək.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0