[b]Təxirə salınmış oyun keçiriləcək[/b]
19.04.2018 - 09:52
[b]Təxirə salınmış oyun keçiriləcək[/b]

Futzal üzrə Yüksək Liqada XV turdan təxirə salınmış oyunun tarixi müəyyənləşib. Apasport.az saytının Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən məlumatına görə, “Neftçi” ilə “Yasamal” üz-üzə gələcək.

 

Qarşılaşma aprelin 21-də Bakı İdman Sarayında keçiriləcək. Start fiti 15:00-da veriləcək oyunun hakimləri Elçin Məmmədov, Yusif Nurullayev və Azad Hüseynov olacaq.
 

Tofiq Şükürov isə hakim-inspektor funksiyasını yerinə yetirəcək.

0