[b]TFF rəsmisi: Fatih Terimin Azərbaycana getmək planı yoxdu [/b]
16.11.2015 - 11:32
“Fatih Terimin Azərbaycana səfəri planlaşdırılmır”. Bu sözləri apasport.az saytına Türkiyə Futbol Federasiyasının rəsmisi Kənan Akmar deyib.
Yerli mətbuat Türkiyə yığmasının baş məşqçisi Fatih Terimin Yunanıstanla sabah keçiriləcək yoldaşlıq görüşündən sonra ölkəmizə gələcəyini yazıb. Xəbərdə 62 yaşlı mütəxəssisin bir açılışda iştirak edəcəyi qeyd edilib.
Lakin Terimin köməkçisi Kənan Akmar bunu təkzib edib: “Bu xəbərin harda yazıldığını bilmirəm. Ancaq doğru məlumat deyil. Çünki baş məşqçimizin belə bir planı yoxdu”.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0