[b]Topaz Premyer Liqası: 3 oyun canlı yayımda [/b]
12.08.2014 - 12:29
[b]Topaz Premyer Liqası: 3 oyun canlı yayımda  [/b]

Bu həftəsonu Topaz Premyer Liqasında mövsümün II turunun oyunları baş tutacaq. Apasport.az xəbər verir ki, turun 3 qarşılaşması “İdman Azərbaycan” kanalı vasitəsilə azarkeşlərə canlı yayımda təqdim olunacaq.

 

Avqustun 16-da saat 19:00-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Bakı” matçı canlı yayımda olacaq. Elə həmin gün saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “İnter” oyununu da azarkeşlər “İdman Azərbaycan” kanalından izləyə biləcəklər.

 

Bir gün sonra, avqustun 17-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Araz-Naxçıvan” qarşılaşması da saat 20:00-da etibarən canlı efirə gedəcək.

 

Qeyd edək ki, turun digər iki oyununda “Xəzər Lənkəran” “Sumqayıt”la, “Simurq” AZAL-la qarşılaşacaq.