[b]Topaz Premyer Liqasında ilin ən yaxşıları[/b]
30.03.2015 - 13:26
[b]Topaz Premyer Liqasında ilin ən yaxşıları[/b]

İki gündən sonra Topaz Premyer Liqasında qısa fasilə başa çatacaq. Apasport.az saytının məlumatına görə, 2015-ci ildə start götürən mövsümün ikinci yarısının ən yaxşısı “Qarabağ”dı.

 

Ağdam təmsilçisi bu il hamıdan çox – 18 xal əldə edib. Lider kimi heç-heçə etməyən “Qəbələ” 15 xalla ikincidi. “İnter”lə AZAL 3 və 4-cü, “Neftçi” isə 5-ci göstəriciyə malikdi.

 

“Bankirlər”lə “Qarabağ” hamıdan az – hərəyə 1 dəfə meydanı xalsız tərk edib. Bakılılar qol vurmaqda, ağdamlılar isə az top buraxmaqda hamını arxada qoyur.

 

Sonuncu olan “Bakı” isə vur-tut 1 xal qazanıb. Paytaxtın eyniadlı təmsilçisi “Sumqayıt”la eyni dərdi – qələbə həsrətini bölüşür. Ümumiyyətlə, “zolaqlılar” 15, “Gənclik şəhəri” təmsilçisi 10 görüşdü qalib gələ bilmir. Amma bakılılar həm ən az qol vuran, həm də ən çox buraxan komanda kimi də fərqlənir.

 

Qeyd edək ki, Premyer Liqanın bu il keçirilən 33 oyununda 68 qol vurulub.

 

 

yer

komanda

O

Q

G

M

T/F

X

1

Qarabağ (Ağdam)

7

6

0

1

10-3

18

2

Qəbələ

8

5

0

3

11-8

15

3

İnter (Bakı)

7

4

2

1

12-5

14

4

AZAL (Bakı)

8

4

2

2

9-5

14

5

Neftçi (Bakı)

8

4

1

3

8-6

13

6

Simurq (Zaqatala)

7

3

2

2

9-4

11

7

Sumqayıt

7

0

4

3

2-6

4

8

Xəzər Lənkəran

7

1

0

6

5-14

3

9

Bakı

7

0

1

6

2-17

1