[b]Tsikldə ilk dəfə[/b]
10.11.2017 - 09:27
[b]Tsikldə ilk dəfə[/b]

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin qol seriyası qırılıb. Apapsort.az saytının məlumatına görə, AVRO-2019-un seçmə mərhələsinin ilk üç oyununda qol sevinci yaşayan yığmamız tsikldə ilk dəfə meydanı fərqlənmədən tərk edib.

 

Almaniya ilə ev matçında 0:7 hesabı ilə uduzan komandamız sonuncu dəfə 2016-cı il oktyabrın 7-də qolsuz qalmışdı. Həmin gün Finlandiya ilə qolsuz bərabərlik edən millimiz 398 gündən sonra eyni halla üzləşib.

 

Qeyd edək ki, yığmamız bunadək İsrail və İrlandiyaya 1:3, Almaniyaya 1:6 hesabı ilə uduzub.