[b]Tuğrul Erat fərqləndi, komandası qələbə qazandı[/b]
30.08.2015 - 14:50
[b]Tuğrul Erat fərqləndi, komandası qələbə qazandı[/b]

Almaniya Regional Liqasında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Tuğrul Eratın komandası “Fortuna Düsseldorf II” “Erntebryuk”a qonaq olub.

 

Liqanın 6-cı turu çərçivəsində keçirilmiş oyunda düseldorflular minimal hesablı qələbə qazanıblar. Matçdakı yeganə qolu isə millimizin üzvü Tuğrul Erat vurub.

 

O, oyunun 41-ci dəqiqəsində fərqlənib.

 

Bu qələbədən sonra “Fortuna II” xalını 8-ə yüksəldib və 19 komanda arasında 7-ci yerdə qərarlaşıb.