[b]Türkiyə kubokunda qrup mərhələsinə yekun vuruldu[/b]
06.02.2015 - 01:52
[b]Türkiyə kubokunda qrup mərhələsinə yekun vuruldu[/b]

Türkiyə kubokunda qrup mərhələsinin oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, VI turda 4 qarşılaşma baş tutub.

 

C qrupunda mübarizə aparan "Bursaspor" doğma divarlar arasında "Karagümrük"lə üz-üzə gəlib. “Timsahlar” rəqibinə 3 cavabsız (3:0) top vuraraq, qrupu lider kimi tamamlayıb.

 

“Beşiktaş" isə səfərdə qrup lideri "Rizəspor"la münasibətlərinə aydınlıq gətirib. Bu matçda qalib müəyyənləşməyib. Oyun 0:0 hesabı ilə başa çatıb.

 

Beləliklə, İstanbul nəhənginin xal itirməsinə baxmayaraq, ötən turdan 1/8 final mərhələsinə vəsiqəni təmin edib.

 

Qeyd edək ki, "Rizəspor", “Beşiktaş” və "Bursaspor"dan başqa, digər 1/8 finalçılar “Tuluzaspor”, “Sivasspor”, “Trabzonspor”, “Manisaspor”, “Mersin İdmanyurdu”, “Karabükspor”, “Başakşəhər”, “Kayserispor”, “Fənərbaxça”, “Qalatasaray”, “Əskişəhərspor”, “Gənclərbirliyi”, “Konyaspor”du.

 

 

Türkiyə kuboku

Qrup mərhələsi, VI tur

5 fevral

C qrupu

"Bursaspor" - "Karagümrük" - 3:0

Qollar: Bakambu, 1, 89, 90 

 

D qrupu

"Sivas 4 Eylül" - "Ankaragücü" - 1:2

Qollar: Yiyit, 19 - Qayla, 15, Kaya, 21 

 

F qrupu

"Rizəspor" - "Beşiktaş" - 0:0

 

"Sarıyer" - "Adana Demirspor" - 3:2

Qollar: Atılqan, 36, Tajbakş, 48, Atmaca, 78 - Akçakın, 42, Sozen, 54