[b]Türkiyə kubokunun qalibi “Qalatasaray” oldu[/b]
03.06.2015 - 23:33
[b]Türkiyə kubokunun qalibi “Qalatasaray” oldu[/b]

Türkiyə kubokunun final oyunu keçirilib. Apasport.az sayıtnın məlumatına görə, finalda Türkiyə çempionu olmuş “Qalatasaray”la “Bursaspor” qarşılaşıb.

 

Olduqca maraqlı və gərgin keçən mübarizəni “sarı-qırmızı”lar qazanıb. Azarkeşlərin 5 qol izlədiyi oyunda “cim-bom” “Bursaspor”u 3:2 hesabı ilə məğlub edərək 16-cı dəfə kuboku başı üzərinə qaldırıb.

 

“Aslanlar”ın hər üç qoluna Burak Yılmaz imza atarkən, rəqib komandanın heyətində Fernandao və Volkan Şən fərqlənib.

 

Türkiyə kuboku

Final

 

“Qalatasaray” – “Bursaspor” – 3:2

Qollar: Burak Yılmaz, 40, 48, 60 – Fernandao, 27, Volkan Şən, 58