“Atletiko”nun baş məşqçisi Dieqo Simeone ağır cəzaya məruz qalıb. Apasport.az saytının məlumatına görə, argentinalı çalışdırıcı Avropa Liqasının yarımfinal mərhələsinin “Arsenal”la ilk matçında hakimi təhqir etmə səbəbindən texniki zonadan qovulmuşdu.
UEFA Nizam İntizam Komitəsi məsələ ilə bağlı araşdırmalarını başa vurub və Simeoneyə 4 Avrokubok matçından uzaqlaşdırma cəzası verib.
O, cəzasının ilk oyununu artıq “Arsenal”la cavab oyununda çəkib. Argentinalı finalda “Marsel”lə oyunda da komandası ilə meydana çıxa bilməyəcək. Qalan iki görüş isə növbəti Avrokubok mövsümünə aid ediləcək.